Bu şəxslərə ev veriləcək   - RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərə ev veriləcək - RƏSMİ AÇIQLAMA

Sosial

29 Dekabr 2024 21:40 12688


“Yeni il ərəfəsində - dekabrın 30-da şəhid ailələrimizə, müharibə iştirakçılarımıza və əlillərimizə daha 150 mənzil təqdim olunacaq”.

Yenisabah.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AzTV-yə müsahibəsində deyib.

O bildirib ki, post-müharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 130 min şəhid ailəsi, müharibə əlili, müharibə iştirakçısına 300 mindən çox xidmət göstərilib. Pepperoni pizza

“Onlara sosial ödənişlər təyin olunub, sosial-psixoloji eabilitasiya dəstəyi göstərilib. Eyni zamanda əlillərin ən yüksək texnologiya ilə - dördüncü nəsil protezlərlə təminatı həyata keçirilib. Əlbəttə mənzil, avtomobil təminatı proqramı uğurla davam etdirilib. Azərbaycan müstəqillik dövründə bu kateqoriyadan olan vətəndaşlarımıza 15 600 mənzil verilib. Onun 10 mini son 5 ilin payına düşür. Bu il artıq 650 mənzil şəhid ailəsi, müharibə əlillərinə təqdim olunub”.

Nazirin sözlərinə görə, bu il müharibə iştirakçılarına 90-a yaxın avtomobil verilib:

“Cari dövr üçün avtomobil növbəsində heç kəs qalmayıb. Belə ki, növbə tam təmin olunub”./Teleqraf.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Məlahət
    Salam. Mən 2-ci qrup uşaqlıqdan əliləm. Tek qadınam. Atam Böyük Vətən müharibəsi iştirakçısı olub. Evim, yerim yoxdu. Kirayələrdə qalıram. Sosial şəraitimi nəzərə alaraq, mənə köməklik göstərməyinizi xahiş edirəm
    1 year ago
  • ibrahim
    Salam Aleykum .Muharibe istirakcisiyam.aprel ve 2 Qarabag.Ev novbesine yazilmaq ucun aidiyyati quruma getdim.Ve mene ordan dedilerki, Hele Muharibe veteranlarinin ev novbesi baslamiyib.Ve bu gun bele xeber gorende mene maraqli geldiki Heqiqeten ev verilir istirakcilara ya yox cavablandirsaniz sevinerem.
    1 year ago
  • Sabirə
    Salam.Mən şəhid anasıyam.2014 cü ildən ev növbəsindədəm.Amma nə ev verən var, nə də ki tikən.
    1 year ago
  • Namiq
    Salam men BABAYEV NAMIQ SAHI OQLU AĞSTAFA RAYON KÖÇƏSGER KENDINDE ANANDAN OLMUWAM ozum iki doyuwde iwtirak elemiwen.bir aprel doyuwlerinde birse 2 ci Qarabaq muharibesinde duzdur vetiranliq aldim amma 80 manat teqaud aliram amma mene ne ev nede ki mawin verilmedi men bunun ucun hara muraciet etmeliyem Babayev Namiq Sahib
    1 year ago
  • Azər İsgəndər oölu Məmmədov
    Mən Qarabağ Müharibə veteranıyam, kirayədə yaşayıram, nə ev verilib nədə avtomobil, Qardaşımda 1994 cü ildə şəhid olub , 050 341 52 43 əlaqə nömrəmdir
    1 year ago
  • Samire
    Salam me n sabuncu rayonda yasayiram ev barbad haldadir ucub daglir. Korpe usag saxlayiram. Xahis edirem kömeylik gösteresiniz.
    1 year ago