Lalə Məmmədova şou-biznesi hədəf aldı: “Bazarı doldururlar”

saytların hazırlanması

Evə çatdırılma

Lalə Məmmədova şou-biznesi hədəf aldı: “Bazarı doldururlar”

Şou

07 May 2026 13:03 113


Əməkdar artist Lalə Məmmədova illər əvvəlki şou-bizneslə indiki dövr arasında ciddi fərq olduğunu deyib.

“Yeni Sabah” xəbər verir ki, o, “Gün ortası” proqramında keçmişdə musiqidə sağlam rəqabətin mövcud olduğunu bildirib.

Müğənninin sözlərinə görə, həmin dövrdə ifaçılar bir-biri ilə keyfiyyətli mahnı və kliplərlə yarışırdı, indi isə vəziyyət tam fərqlidir və bir çox ifaçılar yalnız toy bazarı üçün çalışırlar: pizza mizza

“Əvvəllər yaxşı mahnı eşidəndə daha gözəl iş ortaya qoymağa çalışırdıq. İndi isə musiqidən anlayışı olmayanlar ucuz ritmlərlə bazarı doldurur”.

L.Məmmədova əlavə edib ki, bəzi mahnılar keyfiyyətli musiqilərin dəyərini aşağı salır və bu vəziyyət Azərbaycan musiqisinə mənfi təsir göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!