Bu universitetdə maaşlar artdı 

saytların hazırlanması

Evə çatdırılma

Bu universitetdə maaşlar artdı 

Sosial

30 Sentyabr 2023 12:50 1612


Bakı Slavyan Universitetinin (BSU) 2023/2024-cü tədris ili üzrə ilk Elmi Şurasının genişləndirilmiş iclasında ali məktəbin bütün əməkdaşlarının əməkhaqqının növbəti dəfə artırılması ilə bağlı qərar qəbul edilib. 

Bu barədə Yenisabah.az-a universitetin mətbuat xidməti məlumat verib.

Belə ki, qərar müvafiq olaraq, inzibati, tədris köməkçi və xidmətedici heyətlər, həmçinin professor-müəllim heyəti olmaqla, universitetin şöbə, mərkəz və bölmələrində çalışan əməkdaşların hər birinə şamil olunur. Bununla da, universitetin 800-dən çox əməkdaşının vəzifə maaşı artır. Sezar pizza

Qeyd edək ki, Azərbaycan Respublikası vətəndaşlarının sosial müdafiəsi sahəsində ölkəmizdə səmərəli tədbirlərin həyata keçirilməsi, işçilərin maddi, sosial, mənəvi və digər həyati tələbatlarının ödənilməsi istiqamətində sosial-iqtisadi siyasət uğurla aparılır. Buna müvafiq olaraq, BSU-da bu sahədə davamlı işlər həyata keçirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!