Canavarlarla bağlı əməliyyat başladı

saytların hazırlanması

Evə çatdırılma

Canavarlarla bağlı əməliyyat başladı

Rəsmi

25 Fevral 2019 01:19 1408


Son vaxtlar canavarların Goranboyun bir neçə kəndinə hücum etməsindən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və "Azərovçu" İctimai Birliyinin əməkdaşlarından ibarət işçi qrup ərazidə həm gündüz, həm də axşam saatlarında fəaliyyət göstərirlər. Onlar yıtıcıların ən çox hücum etdikləri istiqaməti müəyyənləşdirir, pusqular quraraq havaya atəş açırlar.

Ovçular ötən gecə ərazidə olan zaman canvarlarla üzə-üzə gəliblər. Ovçuların sözlərinə görə, vəhşi heyvanlar barıt iyini duyduqlarndan bir müddətdir heyvan parçaladıqları əraziyə yaxın gəlmirlər.

Yerli sakinlərlə maarifləndirmə işləri aparan işçi qrupun üzvü Fariz Qarayev deyir ki, yırtıcıların heyvanlara hücumu əsasən onlar nəzarətsiz qaldıqda olur. Ona görə də sakinlər heyvanları ərazidə nəzarətsiz buraxmamalıdırlar. Sezar pizza

Qeyd edək ki, fevral ayı ərzində yırtıcılar Goranboy rayonunun Bolusu, Eyvazlılar kəndlərində sakinlərə məxsus 20-ə yaxın heyvanı tələf ediblər. 

Xəzər TV

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!