Çeçenistanda Avropanın ən böyük məscidi açıldı

Çeçenistanda Avropanın ən böyük məscidi açıldı
Avq 25, 2019 10:50
Oxunma sayı: 148

Çeçenistanda yeni məscidin açılışı olub. Bu məscid İstanbuldakı Göy Məscid və Moskvadakı Xilaskar Məsih Kilsəsindən böyükdür.

Məscidin içində 30 mindən çox, ətrafında yerləşən ərazidə isə 70 minədək insan eyni anda ibadət edə bilər.

Məscidin yerləşdiyi Şali şəhərinin əhalisinin sayı 54 mindir.

Burada həmçinin Quran dərslərinin keçiriləcəyi məktəbin də açılışı olub.

Məscidə Məhəmməd Peyğəmbərin adı veriləcək. Bunu açılış mərasimində Çeçenistan lideri Ramzan Kadırov bildirib.

Bundan əvvəl deyilirdi ki, Şali sakinləri məscidə Kadırovun adının verilməsini istəyirlər.

Yenisabah.az