Çeçenistanın mətbuat və informasiya naziri Cambulat Umarov Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun açıqlamasına cavab verib.
Çeçen nazir bildirib ki, Çeçenistan rəhbərliyi bu hadisə haqqında məlumatlıdır, hazırda münaqişənin təfərrüatlarını aydınlaşdırır və davanın səbəbkarlarını axtarır. Umarov baş vermiş hadisəyə görə təəssüfünü də ifadə edib : "“Biz davanın səbəbkarlarını axtarırıq. Baş vermiş hadisəyə görə təəssüf edirik”.
Qeyd edək ki, Əli Həsənov hadisəylə bağlı açıqlamasında Azərbaycan və çeçen xalqları arasında əlaqələrin tarixin sınağından çıxdığını və nümunəvi xarakter daşıdığını qeyd etmişdi. Dördpendirli pizza
Telegram kanalımız