“Çeçenlər bizim qardaşlarımızdır...” - Zabit Səmədov

saytların hazırlanması

Evə çatdırılma

“Çeçenlər bizim qardaşlarımızdır...” - Zabit Səmədov

İdman

17 Fevral 2019 02:58 1507


Kikboksinq üzrə Avropa və Dünya çempionu Zabit Səmədov Moskvada “Neolit” kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında baş verən davaya münasibət bildirib.

“Yeni Sabah ” xəbər verir ki, idmançımız instaqram hesabında Azərbaycan və Çeçen xalqlarının bir-birinə tarixən bağlı olduğunu vurğulayıb: “Əziz dostlar, qardaşlar, qafqazlılar! Əcdadlarımızın keçdiyi yol Qafqaz xalqları üçün cəsarətli nümunədir! Bizi tariximizə hörmət etməyə, şəfqət göstərməyə, din və Qafqaz ərazisində yaşayan qardaşlarımıza kömək etməyə öyrədiblər.

Bu gün biz Azərbaycan və Çeçenistan Respublikasının xalqları arasında qarşılıqlı səmimi münasibətin, eləcə də qarşılıqlı təsirin və nəsildən-nəsilə bizim əcdadlarımızın münasibətlərinin davamının şahidiyik. Mən qürurla deyə bilərəm ki, çeçenlər bizim qardaşlarımızdır, hiss edirəm ki, sevimli Çeçenistan Respublikamda mənim xalqım haqqında səmimiyyətlə danışırlar. Mən əminəm ki, bizim xalqlarımız, Rusiya və qonşu dövlətlərin ərazilərində yaşayanlar fitnə salmağa çalışanların oyununa gəlməyəcək. Biz buna icazə verməyəcəyik!”. Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!