İngiltərə Premyer Liqasının V turunda Qərbi London derbisi gözlənilməz nəticə ilə yekunlaşıb. Xabi Alonsonun rəhbərlik etdiyi "Çelsi" səfərdə "Brentford"un qonağı olub və 0:3 hesabı ilə darmadağın edilib.
“Yeni Sabah” xəbər verir ki, ilk yarıda qapılara qol vurulmasa da, meydan sahibləri ikinci hissədə oyuna tam nəzarət ediblər. 61-ci dəqiqədə Yannik Şusterin ötürməsindən sonra Ceydon Entoni hesabı açıb. 83-cü dəqiqədə isə İqor Tiaqo fərqi iki topa çatdırıb. Nəhayət, 90+4-cü dəqiqədə Fabio Karvalyo qarşılaşmanın son nöqtəsini qoyub.
Bu nəticədən sonra "Çelsi" mövsümdə ikinci məğlubiyyətini alaraq 7 xalla qalıb. Xalını 9-a çatdıran "Brentford" isə turnir cədvəlində turnirin ön sıradakı komandaları sırasına yüksəlib. Dördpendirli pizza
Nazim Hacıyev
Telegram kanalımız