İlham Əliyev brazilyalı vəzifədaşını təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev brazilyalı vəzifədaşını təbrik etdi

Siyasət

05 Noyabr 2026 16:03 41


Prezident İlham Əliyev brazilyalı vəzifədaşı Luiz İnasio Lula da Silvanı təbrik edib.

"Yeni Sabah" xəbər verir ki, təbrik məktubunda deyilir:

"Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Dördpendirli pizza

Azərbaycan Braziliya ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Braziliya xalqının firavanlığı naminə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!