Məşhur ulduz Cennifer Lopez 18 yaşlı əkizləri Maks və Emma ilə İtaliyaya yollanıb.
''Yeni Sabah'' xəbər verir ki, 57 yaşlı müğənni övladları ilə birlikdə onların kollecə başlamazdan əvvəl son günlərini birlikdə keçirmək üçün Romaya səyahət edib.
Sənətçi bu dövrün onun üçün xüsusi və duyğusal olduğunu bildirib. Cey Lo "Watch What Happens Live" proqramında açıqlamasında əkizlərinin evdən ayrılmağa hazırlaşdığını deyib: Sezar pizza
"Bu, emosional bir zamandır. Biz hər zaman birlikdə idik".
Cennifer Lopez uşaqları ilə Romada Kolizeyi ziyarət edib, şəhərin küçələrində gəzib və yerli mətbəxdən zövq alıb. Müğənni səfər zamanı zərif geyim tərzi ilə də diqqət çəkib.
Qeyd edək ki, Maks və Emma Cennifer Lopezin məşhur müğənni Mark Entoni ilə nikahından dünyaya gəlib. Cütlük 10 il evli olub.\axsam.az
Telegram kanalımız



