Bir qədər əvvəl Babək və Qara Qarayev prospektlərinin kəsişməsindəki körpünün üzərində 49 nömrəli müntəzəm marşrut xətti üzrə (Bakıxanov-28 May m-su) hərəkət edən avtobusda yanğın hadisəsi olub.
"Yeni Sabah"ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib:
"Məlumat daxil olan kimi Bakı Nəqliyyat Agentliyi tərəfindən dərhal araşdırma aparılıb. Müəyyən edilib ki, hadisə xətdə olan zaman nasazlıq yarandığından istehsalat bazasına geri qayıdan avtobusda baş verib. Mühərrik hissəsində qısaqapanma olub. Avtobusda sərnişin olmayıb". Dördpendirli pizza
Telegram kanalımız