Daha bir deputat geri çəkildi: Namizəd olmayacaq 

saytların hazırlanması

Evə çatdırılma

Daha bir deputat geri çəkildi: Namizəd olmayacaq 

Siyasət

06 Avqust 2024 10:22 823


VI çağırış Milli Məclisin bitərəf deputatı İltizam Yusifov sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürməyib. 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq deputatın köməkçisi məlumat verib. 

Qeyd edək ki, İltizam Yusifov 2020-ci ildə keçirilən parlament seçkilərində 46 saylı Şirvan seçki dairəsindən deputat seçilib.  Dördpendirli pizza

O, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, Azərbaycan-Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Xorvatiya, İsveç, Meksika, Serbiya, Türkiyə, Vyetnam parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının, MDB-nin Parlamentlərarası Assambleyasında, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin, Avropa İttifaqı– Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!