Daha bir elmi məqaləmiz nüfuzlu jurnalda

saytların hazırlanması

Evə çatdırılma

Daha bir elmi məqaləmiz nüfuzlu jurnalda

Sosial

15 Fevral 2019 16:33 774


Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlının elmi məqaləsi nüfuzlu elmi jurnalda – İtaliyanın “Ponte” dərgisində çap olunub. 

“Yeni Sabah” xəbər verir ki, Thomson Reuters-ə daxil olan dərgidə nəşr edilən məqalə “Avropa ölkələrində əmək məhsuldarlığına təsir göstərən əsas amillər” adlanır. V.Qasımlı Avropa İttifaqının 15 ölkəsinin məlumatlarından istifadə edərək R&D, dövlətin təhsilə qoyduğu sərmayə və həmkarlar ittifaqlarının sıxlığının əmək məhsuldarlığına təsirini qiymətləndirib və müvafiq tövsiyələr müəyyənləşdirib.

Elmi məqalədə müxtəlif ekonometrik üsullardan istifadə etməklə V.Qasımlı nəticələri və tövsiyələri həm Avropa İttifaqı, həm də ayrı-ayrı ölkələr üçün təqdim edib. Elmi əsərin 4-cü Sənaye İnqilabı şəraitində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr üçün empirik əhəmiyyəti var. Elmi məqalədəki tezislər əmək məhsuldarlığının artırılması üçün strategiyaların işlənilməsi və həyata keçirilməsində istifadə oluna bilər.   pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!