Daha bir qaziyə vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Daha bir qaziyə vəzifə verildi

Sosial

19 Fevral 2021 23:47 737


Daha bir Vətən müharibəsi qazisinə vəzifə verilib.

Yenisabah.az xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyəti aparatında “Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb.

İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun sərəncamı ilə qazi Zamiq Adil oğlu Mənsimli bu şöbənin müdiri təyin edilib. Dominos pizza

Qeyd edək ki, ehtiyatda olan baş leytenant Zamiq Mənsimli döyüşlərdə yaralanmış Vətən Müharibəsinin iştirakçılarındandır. O, Prezidentin  sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub. /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!