“Damla yolda vəziyyəti pisləşən azyaşlıya kömək etdi“ - Hadisə şahidi

saytların hazırlanması

Evə çatdırılma

“Damla yolda vəziyyəti pisləşən azyaşlıya kömək etdi“ - Hadisə şahidi

Şou

12 Noyabr 2022 11:48 1224


Müğənni Damla yolda vəziyyəti ağırlaşan azyaşlı uşağa və ailəsinə yardım edib.

Yenisabah.az olay-a istinadən xəbər verir ki, bu barədə hadisə yerində olan şəxs instaqramda məlumat yayıb.

"Taksi gözləyirdim. Yolun kənarında bir maşın dayandı. Xanım və bəy maşından şok vəziyyətdə düşdülər. Qucaqlarında 5-6 yaşında oğlan uşağı var idi. Uşaq huşunu itirib, rəngi ağarıb, ağzı köpüklənir. Valideynləri elə vəziyyətdə idilər ki, nə köməyə kimisə çağıra, nə də bir şey edə bilirdilər. Sadəcə uşağa baxırdılar. Toyuqlu pizza

Tez onlara yaxınlaşdım, uşağın ağzını açıb dilini çıxartdım. Sonra yola qaçıb, bir maşın saxladım ki, uşağı xəstəxanaya çatdıraq. Təsəvvür edin ki, ata-ana elə şok vəziyyətdə idilər ki, bilmirdilər maşına minsinlər, ya yox. Mindilər. Yola düşdük. Uşaq özünə gəldi.

Bu zaman başımı qaldırıb gördüm ki, Damla xanımın maşını imiş. Sürücüyə və Damla xanıma öz adımdan təşəkkür edirəmki, bu hadisəyə biganə qalmadılar, insanlıq broclarını yüksək səviyyədə yerinə yetirdilər", - deyə paylaşımda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!