Dələduzluqda ittiham olunan şəxs Serbiyadan gətizdirildi

saytların hazırlanması

Evə çatdırılma

Dələduzluqda ittiham olunan şəxs Serbiyadan gətizdirildi

Kriminal

20 İyul 2026 16:22 145


Beynəlxalq axtarışda olan şəxs Serbiya Respublikasında tutularaq Azərbaycana ekstradisiya edilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

2023-cü ildə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə müxtəlif vaxtlarda zərərçəkmiş şəxsə yalan vədlər verməklə ona külli miqdarda, yəni 90.869.964 manat məbləğində ziyan vurmaqla dələduzluq etməkdə (Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi) ittiham edilmiş Azərbaycan vətəndaşı Səbuhi Məmmədov Serbiyada həbs edilib. Sezar pizza

İyulun 19-da Azərbaycana ekstradisiyası həyata keçirilib və S.Məmmədov istintaq təcridaxanasına yerləşdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!