Dəm qazından ölən vəzifəli şəxs imiş -   DETALLAR

saytların hazırlanması

Evə çatdırılma

Dəm qazından ölən vəzifəli şəxs imiş - DETALLAR

Hadisə

17 Dekabr 2024 11:19 1209


Beyləqanda ər-arvad dəm qazından boğulub.

“Yeni Sabah” xəbər verir ki, rayon sakini 1966-cı il təvəllüdlü Bakir Məmmədov yaşadığı Bünyadlı kəndindəki evdə dəm qazından zəhərlənərək ölüb. Onun 1974-cü il təvəllüdlü həyat yoldaşı Şəlalə Məmmədova isə dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Modern.az-ın əldə etdiyi məlumata görə, Bakir Məmmədov Bünyadlı kənd mədəniyyət evinin müdiri vəzifəsində çalışırmış. Cütlüyün 2 qızı və 1 oğlu var. Övladları hadisə zamanı evdə olmayıblar. pizza sifarişi

Məlumata görə, ər-arvadla ötən gün ərzində əlaqə saxlamaq mümkün olmayıb. Qonşular evə daxil olan zaman Bakir Məmmədovun həyatını itirdiyini, yoldaşının vəziyyətinin isə ağır olduğunu görüblər.

1974-cü il təvəllüdlü həyat yoldaşı Şəlalə Məmmədova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!