Yevlax rayonu ərazisində 58 yaşlı kişinin güllənmiş meyiti dəmiryol xəttinin yaxınlığında aşkarlanıb.
“Yeni Sabah” xəbər verir ki, hadisə Ərəbbəsrə kəndində baş verib. Belə ki, dəmiryolunun kənd yaxınlığından keçən hissəsində nəməlum şəraitdə öldürülmüş kişi meyiti aşkarlanıb.
Araşdırmalar zamanı onun 1961-ci il təvəllüdlü Tahir Qafarov olduğu müəyyənləşib. Meyitə baxış keçirilən zaman mərhumun üzərində güllə yarası da aşkarlanıb. pizza mizza
Hadisənin necə baş verdiyi hələki məlum deyil. Faktla bağlı Rayon Prokurluğunda araşdırma aparılır.
Telegram kanalımız