Deputat seçilən 6 məktəb direktoru işdən çıxarıldı 

saytların hazırlanması

Evə çatdırılma

Deputat seçilən 6 məktəb direktoru işdən çıxarıldı 

Sosial

25 Sentyabr 2024 12:14 435


Naxçıvanda 6 məktəbin direktoru işdən çıxarılıb. 

Modern.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Ali Məclisinə keçirilən seçkilərdə deputat seçilən məktəb direktorları vəzifəsindən azad edilib.

Vəzifəsindən azad edilən şəxslər Naxçıvan Ali Məclisinə seçkilərdə deputat seçilən Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin direktoru Əli Abbasov, Şərur rayon Çomaxtur kənd tam orta məktəbinin direktoru Pərvin Nəcəfsoy, Şərur rayon Arbatan kənd tam orta məktəbinin direktoru Aynur Babayeva, Şərur şəhər 2 nömrəli tam orta məktəbin direktoru Sevil Hacıyeva, Kəngərli rayon Xıncab kənd tam orta məktəbinin direktoru Xəzəngül Orucova, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbinin direktoru Gülxarə Tarverdiyevadır. Pepperoni pizza

Məlumatı saytımıza Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən təsdiqləyiblər.

Qurumdan bildirilib ki, 20 sentyabr 2024-cü il  tarixindən deputat seçilən məktəb direktorları ərizələri ilə vəzifələrindən azad olunublar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!