Deputatdan ağır təhqirlər: “Şərəfsiz və alçaqlar...”
26 Fev 2021 14:14
705

Deputatdan ağır təhqirlər: “Şərəfsiz və alçaqlar...”

“Hansısa şərəfsiz və alçaq mənim adımdan belə bir status paylaşıb. Guya mən bunları demişəm: “Hərbçilərin ikiqat maaş almasına qarşıyam. Buna ehtiyac yoxdur. Aldılar, bəsləridir. Hazırda Qarabağ döyüş bölgəsi deyil””. 

“Yeni Sabah” xəbər verir ki, bunu deputat Etibar Əliyev deyib. O, bu paylaşımı edənləri ağır ifadələrlə təhqir edib:

“Bunları mənim adımdan yayan şərəfsiz və alcaqlara üzümü tutub deyirəm: “Bu cümlələrin birini mənim səsimlə paylaşsanız, yaxud bu ifadələri hansısa yazımda tapıb göstərsəniz, Xalqım qarşısında üzr istəməyə hazıram”. Şərəfsiz və alçaqlar qandıra bildim sizləri!”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər