“Deputat deyir ki, milli sosial şəbəkə qurulmalı, digərləri bağlanmalıdır, Baş Nazirin müavini sosial şəbəkələri mənəvi terror yeri, təhlükə sayır - bunların dünya görüşü daş dövründə qalıb. Milli sosial şəbəkə milli aerobika söhbətinə oxşayır, məşhur tamaşada deyilən kimi, hanı bunun duzu, istiotu, sarıkökü?!”
Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli “Facebook” hesabında paylaşıb.
“Daş dövründən qalmışlar anlamırlar ki, İnternetlə mübarizə aparmaq cəhdi tərəqqi ilə, müasirliklə savaşmaqdır. pizza mizza
Bizdə nədən sosial şəbəkələr siyasiləşib? Çünki TV və radio kanallar total nəzarət altındadır, alternativ fikir, normal diskussiya, debat yoxdur - monoloq rejimində rəsmi təbliğat və bayağı şou var. İnsanlar da bundan bezib, iyrənib. Məhz buna görə məlumatı sosial şəbəkələrdən almağa, fikirlərini burada yaymağa çalışırlar.
İnkişaf etmiş ölkələrdə “Facebook” daha çox əyləncə yeridir, siyasi sosial şəbəkə “Twitter” sayılır. Çünki “Twitter” məsələlərə qısa, qeyri-rəsmi və operativ münasibət üçündür. Dərin, geniş, hərtərəfli siyasi diskussiyalar isə TV və radiolarda gedir.
Bizdə rəsmi media ölüb, canlı yayım yox, müzakirə yox, camaatın da ürəyi doludur deyə, “Facebook” daha populyar siyasi platformaya çevrildi. Nimdaş məmur və deputatlar sosial şəbəkələrdən şikayət etməkdə öz aləmlərində haqlıdırlar, çünki rəqabət və alternativ fikir olan yerdə onların yaltaq monoloqları işləmir. Sözlərinin kəsəri və dəyəri yoxdur, azad məkanda tam uduzurlar, debat aparmağa nə bilikləri yetir, nə də mənəvi haqları çatır. Qıcıq yaradan məqam da məhz budur, söyüş-təhqir söhbəti bəhanədir”.
Telegram kanalımız