Deputatlığa namizədlərin nəzərinə! - Başa çatır.. . 

saytların hazırlanması

Evə çatdırılma

Deputatlığa namizədlərin nəzərinə! - Başa çatır.. . 

Siyasət

27 Avqust 2024 11:35 229


Bu həftə sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılması prosesi başa çatır. 

Modern.az xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının "Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb. 

Seçki Məcəlləsinə əsasən, təşviqatın aparılmasını qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri həyata keçirə bilərlər.  Marqarita pizza

Qanunvericiliyə görə, təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. 

Parlament seçkiləri ilə əlaqədar Təqvim Planında bu müddət 2024-cü il avqustun 9-dan, avqustun 31-i saat 08:00-a qədər nəzərdə tutulub. 

Bununla da avqustun 31-i saat 08:00-da seçkiqabağı təşviqat kampaniyası dayandırılacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!