“Dərsdən sonra işləsinlər” – Siyavuş Novruzovdan tələbələrə məsləhət

saytların hazırlanması

Evə çatdırılma

“Dərsdən sonra işləsinlər” – Siyavuş Novruzovdan tələbələrə məsləhət

Sosial

19 Yanvar 2021 16:10 803


"Tələbələr təhsil haqqını ödəyə bilmirlərsə, dərsdən sonra gedib işləsinlər. Zamanında biz də təhsil ala-ala işləmişik".

Bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov "Müsavat TV"-nin canlı yayımında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə debatda çıxışı zamanı səsləndirib.

Daha sonra Siyavuş Novruzov dünya təcrübəsindən nümunə gətirib: "ABŞ-da varlı adamların övladları tələbə olarkən gedib kafedə işləyib pul qazanır. Bəs niyə Azərbaycanda olmasın?". pizza hut

Əli Əliyev isə Siyavuş Novruzova cavabında bildirib ki, ABŞ-da tələbə ofisiant işləyən zaman gününə 50 dollar pul qazanır, amma Azərbaycanda alim belə gününə o qədər pul qazana bilmir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!