Naxçıvan Beynəlxalq Aeroportunun ətrafında müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən AZAL-ın sözügedən istiqamət üzrə reysləri ləğv olunub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə AZAL-ın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların cədvələ uyğun şəkildə bərpası təmin ediləcək. pizza hut
"Sərnişinlərin təhlükəsizliyi aviaşirkət üçün əsas prioritet olaraq qalır və vəziyyət nəzarətdə saxlanılır" - məlumatda deyilir.
Telegram kanalımız