Dövlət Məşğulluq Xidməti “Karyera sərgisi”ndə iştirak edib

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Məşğulluq Xidməti “Karyera sərgisi”ndə iştirak edib

Sosial

21 Fevral 2019 15:40 1005


Dövlət Məşğulluq Xidməti Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib.

“Yeni Sabah” xəbər verir ki, sərgi tələbə və məzunların karyera imkanlarının artırılması, işəgötürənlərlə ilkin əlaqələr qurmalarına şərait yaradılması, əmək bazarına inteqrasiyasının dəstəklənməsi məqsədi daşıyıb. 

Ümumilikdə 50-dən cox iri şirkət və müəssisənin iştirak etdiyi tədbirdə əmək bazarında mövcud vəziyyət, işəgötürənlərin peşə və ixtisaslara tələbləri barədə tələbə və məzunlar məlumatlanıblar. İşəgötürənlərin nümayəndələri tələbə və məzunlardan CV qəbul ediblər. Sezar pizza

Dövlət Məşğulluq Xidmətinin nümayəndələri tərəfindən tələbə və məzunlara məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri, həmçinin özünüməşğulluq proqramı, peşə hazırlığı və əlavə təhsil kursları barədə məlumatlar verilib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!