“Dövlətin pulu varsa, təzə avtobus alsın“

saytların hazırlanması

Evə çatdırılma

“Dövlətin pulu varsa, təzə avtobus alsın“

Sosial

22 Fevral 2019 18:10 848


Bəzi MMC-lərə məxsus avtobuslarda “WİFİ” olduğu deyilsə də əksəriyyət bu internetdən istifadə edə bilmədiyini vurğulayır. Bəs deyildiyi kimi ödənişsiz internet xidməti yaradılırmı, yoxsa reklam xarakterli məlumatlar olur?

Nəqliyyat eksperti Ərşad Hüseynov “Yeni Sabah”a açıqlamasında bildirib ki, qüvvədə olan qanunvericilikdə avtobuslarda mütləq “WİFİ”ın olması nəzərdə tutulmur:

“Dövlətdən buna pul ayrılmır. Bu sosial xidmət, biznes, sahibkarlıq fəaliyyətidir. Kimsə o üsulla sərnişinlərin diqqətini cəlb etmək istəyir, öz xidmətini reklam edir. Geniş yayılmış texnologiyadır, dünyanın çox yerində var. Bazarda bunu lazımi keyfiyyətlə, lazımi səviyyədə edə bilirlərsə, çox gözəl. Hər  halda buna söz verib, deyirlərsə var, demək, yaxşı səviyyədə olmalıdır. Elə olmaldır ki, onların istehlakçıları razı  qalsınlar. Sərnişinlərin  ehtiyacını ödəyən, sərbəst daxil olmağa imkan verən internet olsun. Verilmiş sözə riayət etmək lazımdır”.  pizza mizza

Bununla bağlı dövlət tərəfindən pul yatırılmağına ehtiyac varmı sualını isə ekspert belə cavablandırıb:

“İctimai nəqliyyatda dövlətin pul yatıracağı o qədər işlər var ki. Həddindən artıqdır, başdan aşır.Yəni dövlətin pulu varsa, bir, iki təzə avtobus alsın. Hələ ki, aktual olan budur. Əsas odur ki, normal avtobus, sürücü olsun. Bunlar düzələndən sonra “WİFİ “ olsa əla olar”. 

Əsmər Qabil


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!