DYP tələbənin avtobus sürücüsü kimi cərimə olunması haqda açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

DYP tələbənin avtobus sürücüsü kimi cərimə olunması haqda açıqlama yaydı

Avto

16 Fevral 2019 21:08 1330


Bir neçə gün əvvəl bəzi kütləvi informasiya vasitələrində sürücü olmayan tələbəyə avtobus sürücüsü kimi 3 cərimə yazılması barədə məlumat yayılmışdı. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məsələ ilə bağlı “Yeni Sabah”a daxil olan açıqlamada bildirilir ki, bu hadisənin baş verməsi texniki yanlışlıq ucbatından olub. Belə ki, sürücülük vəsiqəsinin seriyası AE 915954 olan Hüseynov Məhəbbət Bakir oğlu idarə etdiyi “Daeweoo” markalı, 99 SA 857 dövlət qeydiyyat nişanlı avtobusla yol hərəkəti qaydalarını pozduğu üçün barəsində 3 inzibati protokol tərtib olunub.

Lakin YPX əməkdaşlarından biri həmin protokolları qərarlaşdırarkən səhvən sürücülük vəsiqəsinin seriyası AE 915964 olan Ucar rayon sakini Eminov Nurəddin Bəhlul oğlunun adına qərar qəbul edib. Məhz buna görə də həmin cərimələr Ucar rayon sakinin ünvanına gedib. Tələbə haqlı olaraq narazılığını bildirib. Toyuqlu pizza

Lakin təəssüflər olsun ki, o, ilk növbədə DYP-yə rəsmi qaydada müraciət etməkdənsə kütləvi informasiya vasitələrinə üz tutub. Bununla belə DYP həmin məsələni dərhal araşdırıb və texniki səhv aradan qaldırılıb. Yəni, əslində səhv olan bir rəqəm olub ki, bu da aradan qaldırılıb.

Cərimələr Hüseynov Məhəbbət Bakir oğlunun adına rəsmiləşdirilib və məsələ öz həllini tapıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!