Eden Azarın “Real Madrid“ə keçidi başqa oyunçudan asılıdır

saytların hazırlanması

Evə çatdırılma

Eden Azarın “Real Madrid“ə keçidi başqa oyunçudan asılıdır

İdman

18 Fevral 2019 18:31 1127


İngiltərənin "Çelsi" klubunun futbolçusu Eden Azarın İspaniya "Real Madrid"inə keçidi başqa bir oyunçudan asılıdır.

Madrid təmsilçisi Fransanın PSJ komandasında çıxış edən Neymarı öz sıralarında görmək istəyir və bunu prioritet hədəf olaraq görür.

Nəşrdə bildirilir ki, Neymar nümayəndələri vasitəsi ilə İspaniyanın paytaxtına hərəkət etməkdə maraqlıdır. Brazliyalı oyunçu Paris təmsilçisində Kilian Mbappenin kölgəsində qalmaq istəmir. Həmçinin, onun komandası maliyyə "fair-play" qaydalarına problemlə üzləşmək təhlükəsindədir. pizza hut

Neymarın satın alınması "Real Madrid"ə 220 milyon avrodan çox başa gələ bilər. Bu, gerçəkləşsə, İspaniya nəhəngi Azarı transfer etməyəcək.

Qeyd edək ki, daha öncə Eden Azarın "Real Madrid"lə razılıq əldə etdiyi bildirilib.

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!