Rəqqasə Fatimə Fətəliyeva həyat yoldaşından danışıb.
“Yeni Sabah” xəbər verir ki, Teleqraf.com-a danışan xanım sənətçi ərinin onu efirə çıxmağa qoymadığını deyib. Fatimə İnstaqramda həyat yoldaşının şəkilini paylaşıb tez zamanda da silməsindən danışıb:
“Həyat yoldaşım bu sferanın insanı deyil. Bəziləri deyilər ki, həyat yoldaşları həcidir. Barmağını, ayağını göstərirlər. Bizdə belə şey yoxdur. “Ay mənim həyat yoldaşımın ailəsi var, mən qaçıb gizlənirəm, qorxuram” və sair yox... Mən kiminsə ailəsini dağıdan xanımlardan deyiləm. Sadəcə həyat yoldaşım görünmək istəmir. Heç oğlumun da tanınmasını istəmir. Nə övladlarım, nə də həyat yoldaşım mənim efirə çıxmağımı istəyir. Ailəmizdən sadəcə anam mənim fanatımdır. Amma başa düşmürlər ki, bu mənim dərmanımdır”. Sezar pizza
Telegram kanalımız