Əfqanıstanda terror qurbanlarının sayı 85-ə çatdı
10 May 2021 20:57
1630

Əfqanıstanda terror qurbanlarının sayı 85-ə çatdı

Mayın 8-də Əfqanıstanın paytaxtı Kabilin qərbində yerləşən bir məktəbin yaxınlığında baş verən partlayış nəticəsində ölənlərin sayı 85-ə yüksəlib.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin sözçüsü Tariq Arian açıqlama verib. O, həyatını itirənlərdən çoxunun qızlar olduğunu qeyd edib.

Xatırladaq ki, Əfqan mətbuatı ötən gün həyatını itirənlərin sayının 68-ə, yaralananların sayının isə 165-ə yüksəldiyi ifadə etmişdi.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər