Ekspertdən Zahir Oruc üçün təkliflər

saytların hazırlanması

Evə çatdırılma

Ekspertdən Zahir Oruc üçün təkliflər

Xalqın səsi

21 Fevral 2019 14:24 1739


“Yeni yaradılan mərkəzə Zahid Orucun təyin olunması yetərincə uğurlu kadr seçimidiur.  Zahid Oruc rəhbər təyin olunduğu qurum haqqında sosial şəbəkədə geniş yazi paylaşaraq, Mərkəzin görəcəyi işlər haqqında ümumi məlumat verib. Onun müraciətinin ən maraqlı tərəflərindən biri bir neçə tanınmış iqtisadçını Mərkəzlə əməkdaşlığa dəvət etməsi oldu. Bu, əlbəttə ki, çox müsbət nümunədir və adları çəkilən iqtisadçıların bu çağırışa adekvat yanaşması təqdir olunmalıdır”. 

“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə siyasi ekspert Əlabbas Məhərrəmli çıxış edib. O, bildirib ki, bununla bərabər, mərkəzlə kənardan əməkdaşlıq edəcək kontingent tək iqtisadçılardan ibarət olmamalıdır: “Hesab edirəm ki, analoji müraciəti tanınmış politoloqlara, media mənsublarına və sosial şəbəkələrdə fəal olan bloqerlərə də ünvanlaması ümumi işə fayda gətirər. 

Məsələn, təhlil qabiliyyətinə malik bir sıra tanınmış siyasətçilər mərkəz üçün daxili və xarici siyasətə dair geniş analitik materiallar hazırlaya bilərlər. Mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri isə cəmiyyətin – siyasi, partiyalar, QHT-lər, media – Qarabağ münaqişəsinin həllinə yönəlik mövqeyini ümumiləşdirmək, mövcud ovqatı reallıqlar kontekstində müntəzəm dəyərləndirməlidir.  pizza sifarişi

Bundan başqa, fikrimcə, Mərkəzdə ölkə TV-lərinin vəziyyəti, peşəkarlığı, onların proqram siyasəti, cəmiyyətə təsiri, faydalılıq əmsalı kimi meyarları dəyərləndirən peşıkarlardan ibarət qiymətləndirmə bölməsinin yaradılması da zəruridir. Həmin bölmənin hazırladığı təhlillər ölkənin ali siyasi rəhbərliyinə də təqdim edilə bilər. 

Bu qeydləri bildirməklə çox ümid edirəm ki, Zahid Oruc mərkəzin fəaliyyətinə dair təkliflərə diqqətlə yanaşacaq və cəmiyyətin gözləntilərini doğruldacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!