Fevralın 6-da İstanbul şəhərində XXII Avrasiya İqtisadi Zirvə toplantısı işə başlayıb.
“Yeni Sabah” xəbər verir ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunur. Nümayəndə heyətinə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, energetika naziri Pərviz Şahbazov, qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər daxildir.
Toplantıda qırxa yaxın ölkənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri, sabiq prezidentlər, deputatlar, beynəlxalq təşkilatların təmsilçiləri, ictimai-siyasi xadimlər iştirak edirlər. Builki tədbir “Gələcək üçün məsuliyyət” devizi altında keçirilir. Sezar pizza
Zirvə toplantısının açılışında Əli Həsənov dövlət başçısı İlham Əliyevin iştirakçılara təbrik məktubunu oxuyub.
Sonra Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver, energetika naziri Pərviz Şahbazov, Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım, İstanbul Geyim Əşyaları İxracatçıları Birliyinin rəhbəri Mustafa Gültəpə və başqaları çıxış ediblər.
İki gün davam edəcək toplantıda texnologiyaların inkişafı və insanların gələcəyi, süni zəkanın iqtisadiyyatda və enerji sahəsində rolu, qloballaşmanın yeni səviyyələri, su və enerji ilə bağlı mövzular müzakirə olunur.
Azərtac.az
Telegram kanalımız