Əliyev və Paşinyan görüşə razılıq verdilər

saytların hazırlanması

Evə çatdırılma

Əliyev və Paşinyan görüşə razılıq verdilər

Siyasət

01 Mart 2019 21:00 792


"Azərbaycan və Ermənistan liderləri ATƏT-in Minsk qrupu həmsədrlərinin yaxın vaxtlarda görüş keçirmək təklifini qəbul ediblər".

Bu haqda ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona son səfərinin yekununa dair birgə bəyanatında bildirilir.

Bəyanatda həmsədrlərin bu yaxınlardakı Bakı və İrəvan səfərləri zamanı liderlərin yanvar ayında Davosdakı Dünya İqtisadi Forumu zamanı danışıqları barədə onlara məlumat verdikləri qeyd olunur.

Xatırladaq ki, regiona son səfərləri zamanı həmsədrlər Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla sözügedən ölkələrdəki mövcud vəziyyəti müzakirə edərək bundan sonrakı addımlarla bağlı gözləntilərini çatdırıblar.

“Həmsədrlər təmas xəttində hələ də itkilərin olmamasını müsbət qiymətləndirib. Onlar həmçinin regionda əhalini sülhə hazırlamaqla bağlı müzakirələrin genişlənməsini alqışlayıblar”, - bəyanatda vurğulanır.

Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!