Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Vəliəhdi Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabaha məktub ünvanlayıb.
"Yeni Sabah" xəbər verir ki, məktubda deyilir:
“Əlahəzrət, Küveyt Dövlətinin milli bayramı münasibətilə təbriklərimi yetirir, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Küveyt xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”. Dördpendirli pizza
Bundan başqa, dövlət başçısı Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha və Küveyt Dövlətinin Baş naziri Şeyx Cabir əl-Mübarək əl-Həməd əs-Sabaha da eyni məzmunlu məktublar göndərib.
Telegram kanalımız