Əmək Məcəlləsinə bir sıra dəyişikliklər olacaq

saytların hazırlanması

Evə çatdırılma

Əmək Məcəlləsinə bir sıra dəyişikliklər olacaq

Sosial

23 Fevral 2019 16:52 906


Əmək Məcəlləsinə bir sıra dəyişikliklər edilməsi istiqamətində də işlər aparılır. 

“Yeni Sabah” xəbər verir ki, bunu Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli işçi qrupun iclasında bildirib. 

Nazir müavini qeyd edib ki, aidiyyəti qanunvericiliyin təkmilləşdirilməsi də diqqətdə saxlanılır. Müddətli əmək müqavilələrinin maksimal müddəti və iş vaxtından artıq vaxtda işə cəlb edilmə ilə bağlı Əmək Məcəlləsində dəyişikliklərin edilməsi istiqamətində hazırda işlər aparılır. Bu dəyişikliklərlə bağlı layihələr sosial tərəfdaşlarla da müzakirə olunacaq. Hazırda işçi qrupunun 2019-cu il üzrə Fəaliyyət Planı hazırlanır. Planda “Qlobal Rəqabətlilik Hesabatı”, “İqtisadi Azadlıq İndeksi”, eləcə də “Qlobal İnnovasiyalar İndeksi”ndə mövcud olan indikatorlar (işə götürmə və işdən çıxarma praktikası, işçi-işəgötürən münasibətlərində əməkdaşlıq, əmək bazarı siyasətinin təsirliliyi, işçi qüvvəsində qadınların iştirak səviyyəsi, əməyin azadlığı, biliyə əsaslanan məşğulluq və s.) əsasında aparılacaq işlər əksini tapacaq. pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!