Emin Əmrullayev hazırda nazirdir? 

saytların hazırlanması

Evə çatdırılma

Emin Əmrullayev hazırda nazirdir? 

Sosial

30 İyul 2022 20:58 2475


"Elm və Təhsil Nazirliyinin yenidən təşkili, elm və təhsil naziri vəzifəsinə yeni təyinatdan  söhbət getmir. Emin Əmrullayev elm və təhsil naziri kimi öz vəzifəsini icra edir". 

Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib. 

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə imzaladığı Fərmanla Təhsil Nazirliyinin adı Elm və təhsil Nazirliyi olaraq adlandırılıb. Eləcə də, elm sahəsində dövlət siyasəti və tənzimlənməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Nazirliyə həvalə edilib. Buradan da aydın göründüyü kimi, Elm və Təhsil Nazirliyinin yenidən təşkili, elm və təhsil naziri vəzifəsinə yeni təyinatdan  söhbət getmir. Emin Əmrullayev elm və təhsil naziri kimi öz vəzifəsini icra edir", - deyə açıqlamada qeyd olunur.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!