Emin Əmrullayevdən yeni TƏYİNATLAR

saytların hazırlanması

Evə çatdırılma

Emin Əmrullayevdən yeni TƏYİNATLAR

Sosial

20 Fevral 2021 11:46 988


Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) bir sıra vəzifələrə yeni təyinatlar həyata keçirilib.

Yenisabah.az xəbər verir ki, təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Teymur Əhmədov Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini vəzifəsinə təyin edilib. Qeyd edək ki, bu təyinata qədər T.Əhmədov BŞTİ-nin Hüquq sektorunun müdiri vəzifəsində çalışıb.

Təhsil nazirinin digər əmrlərinə əsasən, Anar Mustafazadə Keyfiyyətə nəzarət sektorunun müdiri vəzifəsinə təyin olunub.  pizza

BŞTİ-nin nəzdindəki Təlimə Dəstək Mərkəzinə də yeni təyinat olub. Belə ki, İlkin Həsənov Mərkəzin direktoru vəzifəsinə təyin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!