Enerji içkiləri bazarında araşdırmalara başlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Enerji içkiləri bazarında araşdırmalara başlanıldı

Sosial

21 May 2021 10:34 909


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti enerji içkiləri bazarında araşdırmalara başlayıb.

Yenisabah.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, məqsəd istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi hallarının qarşısının alınmasıdır.

Araşdırmalar Qida Təhlükəsizliyi Agentliyinin müraciəti, laborator müayinələrin nəticələri əsasında aparılır. pizza hut

Qeyd edək ki, "Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları"na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçıların mənafeyinə mənfi təsir göstərə bilən hərəkətlərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!