25 May - 23:06
Ərdoğan yenə Sezen Aksudan danışdı

Ərdoğan yenə Sezen Aksudan danışdı

Şou

27 Yan 2022 10:16


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müğənni Sezen Aksu ilə bağlı yeni açıqlama verib.

Yenisabah.az xəbər verir ki, Ərdoğan hədəfinin Sezen Aksu olmadığını bildirib.

NTV-Star TV-nin ortaq yayımında çıxış edən Ərdoğan qeyd edib? “Bir-birimizə olan hörmətimiz millət olaraq birgə yaşamağımızın təminatıdır”.

O əlavə edib:

"Çox açıq bir həqiqəti üzə çıxarmaqda fayda var. Oradakı hədəfim Aksu deyil. Sezen Aksu türk musiqisinin önəmli təmsilçisidir. O, xalqımızın duyğularını dilə gətirən sənətkardır. Mahnılarını, sənətini bir kənara qoyaq. Digər tərəfdən, mən ölkənin prezidentiyəm. Bir insan olaraq imkan vermərəm ki, insanlarımız öz dini dəyərlərindən, yəni müqəddəslərindən pis danışsınlar. Üstəlik, burada təkcə Adəm və Həvvaya deyil, Məryəm anamıza da təhqir var. Mən xalqımızın müqəddəslərinə, dininə həssas yanaşıram, bunu hamı bilir. Həmin ifadələri bir şəxsə ünvanlamamışdım. “Dilini  qopararıq” ifadəsi ümumən müqəddəs dəyərlərə dil uzadanlara aid idi...”

Qeyd edək ki, dövlət başçısı Böyük Çamlıca məscidində çıxışında bu barədə danışmışdı.

“Hz. Adəm peyğəmbərimizə kimsə dil uzada bilməz. O uzanan dilləri yeri gəldiyində qoparmaq bizim vəzifəmizdir. Təhqirlərin mini bir qəpik. Bütün bunların qarşısında sizlər dayanmalısınız”, - deyə Ərdoğan bildirmişdi.


Youtube kanalımız


Digər xəbərlər