“Ərə getdin, sındır ayağını, otur ərinlə...“ - Müğənni

saytların hazırlanması

Evə çatdırılma

“Ərə getdin, sındır ayağını, otur ərinlə...“ - Müğənni

Şou

23 İyun 2023 17:52 1271


“Hər gün minlərlə qadın şiddətə məruz qalır. Bir çoxları qətlə yetirilir. Övladlarınızın beyninə “ərə get, uşaq dünyaya gətir” cümləsini yeritməkdənsə, bir az da öz ayaqları üstündə dayana bilməyi, əks cinsin hər cür rəftarına göz yumulmamağı öyrədin”.

Yenisabah.az xəbər verir ki, bunu "Instagram" hesabında müğənni Səmra Rəhimli yazıb.

O da Leyla Hüseynli və 8 aylıq qızının qətlə yetirilməsini qınayıb: Toyuqlu pizza

“İlk şiddət siqnalında həyatlarını xilas edə bilsinlər. “Ərə getdin, sındır ayağını, otur ərinlə, döz, göz yum hər murdarlıqlarına, əl qaldırır və döyürsə, deməli, sevir” kimi gic-gic fikirləri az soxun qızların beyninə. Çox təəssüf edirəm, bir gənc qızın və körpənin həyatının bu cür faciə ilə bitməyinə. Allah rəhmət eləsin! Əziz valideynlər, qızlarınız nə qədər çox sevsə də, gənc yaşda ailə qurmaq istəsə də icazə verməyin”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!