Erməni rejissor aclıq aksiyası keçirir

saytların hazırlanması

Evə çatdırılma

Erməni rejissor aclıq aksiyası keçirir

Dünya

14 Fevral 2019 22:57 1432


Lentə almaq istədiyi film üçün maliyyə vəsaiti tapa bilməyən və məmurların süründürməçiliyindən əziyyət çəkən erməni rejissor Ovannes Qalstyan Yerevanın mərkəzində aclıq aksiyası keçirir. O bildirib ki, digər incəsənət xadimləri də onun aksiyasına qoşulacaq.

Aclıq aksiyasından əvvəl mətbuat konfransı keçirən rejissor yardım üçün vətəndaşlara müraciət edib. Onun sözlərinə görə, Bolqarıstan, Almaniya və Ermənistanın birgə layihəsi olan filmin çəkilişləri üçün erməni məmurların ayıracağı 184 min dollar vəsaitin böyük bir hissəsi mənimsənilib. Hətta sabiq mədəniyyət naziri 2017-ci ildə ondan bu vəsaitin 10 min dollarını erməni nümayəndə heyətinin Kann festivalına getməsi üçün tələb edib. Qalstyan hökumətlərarası layihə çərçivəsində ayrılmalı olan pulun verilməyəcəyi təqdirdə beynəlxalq məhkəməyə müraciət edəcəyini də bildirib. O, həmçinin vəsait ayrılmayana qədər aclıq aksiyasını davam etdirəcəyini də bəyan edib.

Erməni rejissor ötən il dekabrın 3-də də aclıq aksiyası keçirib. O vaxt Ermənistan Mədəniyyət Nazirliyi komissiya yaradaraq problemin həll ediləcəyini bildirib. Lakin məmurlar Qalstyanı aldadıblar. pizza hut

Virtualaz.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!