Ermənilər Xocalını yandırır - Nazir müavinindən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Xocalını yandırır - Nazir müavinindən açıqlama

Sosial

16 Sentyabr 2022 09:47 1439


Ermənilər bu dəfə də Xocalı istiqamətində, dağlıq ərazilərimizdə yanğınlar törətməklə öz riyakarlıqlarını, təkcə insanlığa deyil, həm də təbiətə qarşı düşmən mövqedə olduqlarını bir daha göstərmiş oldular. 

Yenisabah.az xəbər verir ki, Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, bu cür hadisələr təbiətə qarşı cinayətdir, ekoloji terror aktıdır.

 "Təəssüf ki, düşmən tərəfinin törətdiyi bu yanğınları ürəkağrısız izləmək mümkün deyil. Yanğınlar Xocalı istiqamətində olduqca zəngin bioloji müxtəlifliyi, nadir və nəsli kəsilmək təhlükəsi olan bitki və heyvan növlərinin yaşayış məskənini dağıdır,  bu yerlərə xas olan palıd, vələs, fıstıq, qovaq, tozağacı kimi cinslərə aid qiymətli meşələrin  məhvinə səbəb olur.  Dördpendirli pizza

Ümumiyyətlə, ermənilərin törətdiyi yanğınlar ekosistemimizə  böyük zərərlər vurur ki, bu da onların insanlığa və təbiətə düşmən münasibətinin bir daha təsdiqidir". 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!