Azərbaycanlı jurnalist Fuad Abbasov rusiyalı hərbi ekspert Vladimir Yevseyevdən işlətdiyi ifadəsinə görə izahat tələb edib.
“Yeni Sabah” xəbər verir ki, hadisə Moskvada keçirilən “Rusiya və Azərbaycan arasında mədəni körpü beynəlxalq mədəni dialoqun əsası kimi” tədbirində yaşanıb.
Jurnalist bildirib ki, onu təəccübləndirən dəvət olunmamasına baxmayaraq, ermənil diasporunun böyük dostu sayılan ekspert Yevseyevin tədbirdə iştirakı olub. Yevseyev bir müddət öncə “Bakını “İsgəndər”lə vurmaq” təklifini səsləndirib. pizza
Azərbaycanlı jurnalist tədbirdən sonra Yevseyevə İrəvanda keçirilən “Lazarev klubu” toplantısında Bakıya zərbə endirilməsi barədə səsləndirdiyi fikri xatırladıb.
“Sizin sualınızın korrektəyə ehtiyacı var. Mən haranısa bombalamaq çağırışı etməmişəm”, – Yevseyev deyib.
Bunun ardınca Yevseyev müsahibədən imtina edib və gedib. Abbasov isə sualını davam etdirib:
– Siz tədbirə dəvət edilənlər siyahısında yoxsunuz. Bu tədbirə niyə gəlmisiniz?
Bundan sonra Yevseyev Kanstantin Zatulinin kabinetinə girib.
Xatırladaq ki, deputat Zatulin ermənipərəstliyi ilə məşhurdur.
Telegram kanalımız