“Ermənistan-Azərbaycan münasibətlərində dönüş yaranıb” - Paşinyan

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan-Azərbaycan münasibətlərində dönüş yaranıb” - Paşinyan

Siyasət

27 Sentyabr 2025 20:22 325


Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanla Bakı arasında münasibətlərdə əhəmiyyətli dinamikanın olduğunu açıqlayıb.

"Report"un məlumatına görə, o, bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında bildirib.

"Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnamə ratifikasiya edilib və ən yüksək hüquqi qüvvəyə malik olub", - o qeyd edib. pizza

Paşinyan həmçinin vurğulayıb ki, tərəflər avqustun 8-də Vaşinqtonda paraflanan Sülh və Dövlətlərarası Münasibətlərin bərqərar olması haqqında Saziş üzrə razılığa gələ biliblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!