Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

saytların hazırlanması

Evə çatdırılma

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Siyasət

04 Noyabr 2026 18:55 65


Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək.

"Yeni Sabah" xəbər verir ki, bunu Marqus Tsahkna bildirib.

"Tərəfdaşlığımızın möhkəmlənməsinin daha bir göstəricisi bu ayın sonunda Bakıda Estoniyanın yeni səfirliyinin rəsmi açılışının olmasıdır. Açılış mərasimində iştirak etmək mənim üçün şərəfdir", - XİN rəhbəri vurğulayıb. pizza sifarişi

O, həmçinin qeyd edib ki, Azərbaycan Estoniyanın Cənubi Qafqazda mühüm tərəfdaşıdır.

"Son illərdə əlaqələrimiz xeyli möhkəmlənib və biz rəqəmsallaşma, ticarət, yaşıl texnologiyalar və logistika sahələrində əməkdaşlığı ardıcıl olaraq genişləndiririk", - Tsahkna bəyan edib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!