Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Evi yanan şəhid anası çöllərdə qalıb  - FOTOLAR
15 Okt 2021 09:12
3115

Evi yanan şəhid anası çöllərdə qalıb  - FOTOLAR

Göyçay rayonu İnçə kənd sakini, şəhid anası Abdulxalıqova Solmaz Heydər qızı yaşadığı evin yandığını, lakin müvafiq qurumların ona heç bir yardım göstərmədiyini bildirir. 

“AzPolitika.info”-ya məktub göndərən 80 yaşlı şəhid anası dəfələrlə Göyçayın icra başçısının qəbulunda olsa da, bunun heç bir fayda vermədiyini yazır: “Mənim övladım Abdulxalıqov Teymur Cayəddin oğlu 07 yanvar 1994-cü il tarixdə Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oğlub. 30 may 2021-ci il tarixdə elektrik qısaqapanmasından evimiz alışaraq içindəki əşyalarla birlikdə tamamilə yanaraq külə döndü.

Həmin gündən çöllərdə qalmışam. Heç bir yerdən köməyim olmasa da bir ümidim odur ki, dövlətimiz şəhid ailələrinə pulsuz mənzil verir və ya inşa edir. Mən həmin mənzil növbəsinə uzun illər əvvəl qeydiyyata alınmışam. Ancaq hələ də növbəmin çatmamasını əsas gətirib mənə mənzil vermirlər. 

Evimizin yanmasını və çöllərdə qalmağımızı nəzərə alıb mənə növbədənkənar yeni mənzilin verilməsi və ya inşa edilməsi üçün dəfələrlə Göyçayın icra başçısı Mehdi Səlimzadənin qəbulunda olsam da, hər dəfə “get növbəni gözlə” deyərək məni başından edib. Vicdanı, qeyrəti olan hər bir kəs başa düşər ki, bu yaşda evi yanmaq və çöllərdə qalmaq nə deməkdir. Bunu başa düşüb nəzərə almaq lazımdır. Ancaq Göyçayın icra başçısı Mehdi Səlimzadə bunu başa düşmür. Mənim oğlum 1-ci Qarabağ müharibəsində iştirak edib, qəhrəmancasına vuruşub, torpağı, milləti qoruyub. 80 yaşım var, uzun illər dişimlə, dırnağımla zəhmət çəkib tikib yaşadığım evimin yanması həyatımı tamam məhv etdi.”

Sonda ölkə başçısına müraciət edən şəhid anası evinin yanmasını nəzərə alaraq, ona növbədənkənar mənzil verilməsini xahiş edir.

Evi yanan şəhid anası çöllərdə qalıb  - FOTOLAR
Evi yanan şəhid anası çöllərdə qalıb  - FOTOLAR
Evi yanan şəhid anası çöllərdə qalıb  - FOTOLAR
Evi yanan şəhid anası çöllərdə qalıb  - FOTOLAR
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər