Evlənmək istəyənlər üçün YENİLİK - Bundan sonra nikahdan əvvəl...

saytların hazırlanması

Evə çatdırılma

Evlənmək istəyənlər üçün YENİLİK - Bundan sonra nikahdan əvvəl...

Sosial

17 Sentyabr 2023 10:22 4907


Nikaha girənlər daha iki xəstəliyə görə yoxlanılacaq.

Nazirlər Kabinetinin sərəncamına əsasən, nikaha girən şəxslərin ixtioz və bullyoz epidermoliz xəstəliyinin də tibbi yoxlanışı aparılacaq.

Bunların hər ikisi dəri xəstəliyidir və irsən keçir. Marqarita pizza

Mövzu ilə bağlı danışan Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli "Xəzər Xəbə"ə bildirib ki, yeni sərəncam nikaha daxil olmuş şəxslərin bir - biri haqqında daha çox məlumatlı olmasını, həmçinin ailə təməlinin möhkəm saxlanmasını təmin edir.

Millət vəkili deyib ki, yeni müayinələrin aparılması gələcəkdə genetik xəstəliklərin meydana çıxma riskini azaldır.

Bu məqsədlə qanunvericilikdə dəyişiklik edilməsinə dair təkliflər hazırlanacaq, tibbi müayinələri həyata keçirən tibb müəssisələri müəyyən ediləcək və digər müayinələrlə yanaşı, qeyd edilən xəstəliyin müayinəsinin aparılmasına ciddi nəzarət olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!