Evlərini tərk edən koronavirus xəstələri saxlanıldı   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Evlərini tərk edən koronavirus xəstələri saxlanıldı - Foto

Sosial

15 Dekabr 2021 10:21 409


Hacıqabul və Sabirabad rayonlarında yaşayış yerlərini tərk edən koronavirus xəstələri aşkarlanıb. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Hacıqabul rayon sakini Mütəllim Allahveridiyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunub və ona tətbiq edilən qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Lakin Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb. Pepperoni pizza

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı da yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb. Belə ki, rayon sakini Vüsal İsmayılzadə karantin qaydalarını pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!