“Evlilik məni çox dəyişib…” – Namiq puç olan arzularından danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Evlilik məni çox dəyişib…” – Namiq puç olan arzularından danışdı

Şou

21 Noyabr 2019 08:59 1284


Meyxanaçı Namiq Qaraçuxurlu İTV-də yayımlanan “Fatehin divanı” proqramının qonağı olub.

“Yeni Sabah”  xəbər verir ki, 41 yaşlı meyxanaçı evliliyinin onu çox dəyişdirdiyini etiraf edib:

“Evlilik məni çox dəyişib. İlk növbədə əvvəllər hansısa addımı atırdımsa, artıq bunu etmirəm. Maddi baxımdan artıq özünü fikirləşməyə başlayırsan. Adını daha çox qorumağa başlayırsan”. Marqarita pizza

O, Almaniyaya köçmək arzusunun olduğunu, həyata keçməməsinin səbəbini  də açıqlayıb:

“Ən sevdiyim ölkə Almaniyadır. Köln şəhərində olmuşam. Bir ara oraya köçmək istəyirdim. Getdim 15 gün bir evdə qaldım ki, görüm sakin kimi yaşaya bilirəm? Gördüm ki, mən gələndə o alqış, hörmət olmayacaq. Ona görə də fikrimdən daşındım”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!