Əziz Əzizov vətəndaşları qəbul etdi - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Əziz Əzizov vətəndaşları qəbul etdi - FOTOLAR

Sosial

18 Aprel 2023 12:31 657


Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov RİH-də vətəndaşların növbəti qəbulunu keçirib. 

RİH başçısı Ə.Əzizov müavinlərin, şöbə müdirlərinin, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə rayon sakinlərini qəbul edib, müraciətlərini dinləyib. 

RİHBA-nın inzibati binasında baş tutan qəbul zamanı rayon rəhbəri vətəndaşları qəbul edib və onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib. Əziz Əzizov müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verib.  Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülüb.  pizza mizza

Vətəndaşlar müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva minnətdarlıqlarını bildiriblər. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!